Gah hicran, gah hərman, gah məlal

Gah hicran, gah hərman, gah məlal
Müəllif: Murtaza Quluxan Zəfər
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Üç bəlalı kimsə olmuş həmdəmim,
Gah hicran, gah hərman, gah məlal.
Gecə-gündüzdür ənisü məhrəmim,
Gah hicran, gah hərman, gah məlal.

Deyə bilməm kimsəyə halım tamam,
Yaru bədxu bir dəm olmaz bizə ram.
Ağladırlar bu fəqiri sübhü şam
Gah hicran, gah hərman, gah məlal.

Saqiya, gol dövrə salgil sağəri,
Şayəd ola könlümün rövşengəri.
Qoymadılar bəzmimə sən dilbəri
Gah hicran, gah hərman, gah melal.

Vəslə yektirgil məni, ey üzü gül,
Əskik etmə bəzmimizdən cami-gül,
Oda yaxdı cismi-zanm, oldu kül
Gah hicran, gah hərman, gah məlal.

Olmuşam Məcnun tek yardən iraq,
Canıma kar eyledi suzü fəraq,
Məni istəyibən edərler soraq
Gah hicran, gah hərman, gah məlal.

Bir qulundur boynu bağlı bu Zəfer,
Dost kuyinə onu yetir bixətər.
Etdi işim günbəgün yoməl betər
Gah hicran, gah hərman, gah melal.