Gecələr ta halimə gərdun təmaşa etmədi

Gecələr ta halimə gərdun təmaşa etmədi
Müəllif: Məhəmməd Füzuli


Gecələr ta halimə gərdun təmaşa etmədi,
Tərk edib bidadını, bir mehr peyda etmədi.

Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin,
Ey deyən Musa əsası qəti-dərya etmədi!

Hər dəmindən, min Məsiha zindeyi-cavid olur
Sən edən izhari-əcazi, Məsiha etmədi.

Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil,
Keçdi tövfi-Kəbədən, uçmağa pərva etmədi.

Hiç abid anmadı ləlin ki, gözdən qan töküb
Səcdədən durduqca, təğyiri-müsəlla etmədi.

Zəfi-tale kəsdi dünyadan nəsibin zahidin,
Yoxsa öz rəyilə zahid tərki-dünya etmədi.

Etmədi eldən nihan bir gecə tövfi-kuyini
Kim, Füzulini sədayi-nalə rüsva etmədi.