Gedə bilməz (17.07.2021)
Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]]


Görmüş nə desə, görməmişi tərpədə bilməz!

Bir iş ki yapar ər kişilər, hər gədə bilməz!


Soysuz nə bilir ki, Dədə Qorqud sözü haqdır?

Zatı qırıq insan ana saymaz, dədə bilməz!


Nadan haramın yollarını öyrənə bilsə,

Alimlərə elmin yolunu öyrədə bilməz!


Düşmən girə bilsə qısa müddət ana yurda,

Boş qalmalıdır bir ayağı, bərkidə bilməz!


Nifrət anasından doğulubdur qarı düşmən,

Öz xislətini ölsə belə, tərgidə bilməz!


Dünyadakı naz-neməti vəd eyləsə bayquş,

Bulbul vətəni gültikanı tərk edə bilməz!


Teymur düşünər Nürgüdü, dağlansa da qəlbi –

Könlüm yenə dağlardadı, canım gedə bilməz…