Gedəlin
Gedəlin Müəllif: Seyidnəzər Seydi |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
El birlik etmədi bizə igidlər,
Gəlin, bu vətəndən çıxıb gedəlin.
Düşmanın yalına öyrənən itlər,
Getməsə, boynuna qaxıb gedəlin!
Durdurmayın qoçaqların atını,
İtirdiniz Ersarinin adını.
İndi mevlam versə elin dadını,
“Lahavlə billah” deyib gedəlin!
Bəylərin üzünə qara çəkildi,
Onun üçün abrı yerə töküldü.
Üstümüzə əmir tuğu tikildi,
Əldən gəlsə onu yıxıb gedəlin!
Gün-gündən halımız olandır xərab,
Bir neçə axmağın ağzına qarab.
Seydi deyər: haram oldu bu Lebab,
Bir yana sel kimi axıb gedelin!