Gene bu tazə, könül mehri bir cavanə salıb

Gene bu tazə, könül mehri bir cavanə salıb
Müəllif: Əbülhəsən Raci
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.


Genə bu tazə, könül mehri bir cavanə salıb,
Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.

Xəyali-xalü ləbü xəttü zülfi rüxsarın,
Bu qış günü məni bir səhni-gülüstanə salıb.

Bu piçütabilə mümkün deyil, üzülməyəcək,
Belə ki, nazilə qəmzən kəşan-kəşanə salıb.
 
Nigahi-çeşmin əlindən sümüklərim əridib
Gəlib hüma quşu tək, meyl üstüxanə salıb.

De bülbülə ki, bilir suzi-eşqi pərvanə,
Özünü şəniiri ayağma yanə-yanə salıb.

Tamam xalq mənə olsa qəmküsar, azdır,
Fələk bu dərdi ki, bu cismi-natəvanə salıb.

Xəyali-muyi-miyanımda mu tək incəldim,
Bu mətləb indi məni nükteyi-nihanə salıb.

Könüldən ötrü gözəl ömrü hiç, yox etdim,
Görün, könül məni nə dərdi-nagəhanə salıb?!

Nədamətin çəkər, axırda sudimənd olmaz,
Əbəs yerə özünü Raci bu ziyanə salıb.