Geriyə
Geriyə (XVII əsr) Müəllif: Dərdli Nəsib |
Mənbə: Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild, Bakı, "Səda", 2006. səh.119. |
Kirpiyin sinəmə batıb,
Oxlarını çək geriyə.
Ay yüzünü daldeyliyən,
Tellərini tök geriyə.
Gözün əğyar arayımı?
Meylin yada yarayımı?
Tikdiyin eşq sarayımı?
Ay beyinsaf, sök geriyə!
Dərdli Nəsib, taleyi kəc,
Yarı gennən gəzər ürkək.
Mövlam özü səni gördək,
Züleyxaya şəkk eləyər.