Get, səni gözüm görməsin
Get, səni gözüm görməsin Müəllif: Çoban Əfqan |
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004. |
Heyf mənim zəhmətimə,
Get, səni gözüm görməsin.
Sən nadanı adam sandım,
Get səni gözüm görməsin.
Öz yarından gen qaçansan,
Əğyarlarla canhacansan,
Var-dövlətə aldanansan,
Get, səni gözüm görməsin.
Əfqan eylər cənə nifrət,
Görən bundan alsın ibrət.
Sevdiyin də varmış xəlvət,
Get, səni gözüm görməsim.