Getdi (Ağ Aşıq)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Getdi
Müəllif: Ağ Aşıq
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.


Adəm ata, Həvva gəldi,
Dünya səndə qaldı, getdi.
Ömr eylədi neçə illər,
Dərdə-qəmə daldı, getdi.

Səndə gəzdi neçə xanlar,
Kəmərbəstə qəhrəmanlar,
Neçə-neçə Süleymanlar,
Gözü yaşla doldu, getdi.

Pərixanım, Abbas hanı?
Haqq aşığı o Qurbani,
Tərk eylədi bu dünyam,
Muradını aldı, getdi.

Ağ Aşıq çağır allahı,
Yetər dada şahlar-şahı,
Çox zülümkar padşahları,
Fələk taxtdan saldı, getdi.