Getdi (Aşıq Əli Şairov)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Getdi Müəllif: Aşıq Əli Şairov |
Həsrət qaldım baharına, yayına,
Dolandı fəsillər, il gəldi getdi.
Yazıq canım düşdü bulunmaz dərdə,
Yükləndi kəcavə, el gəldi getdi.
Pərvanə şamlarda oda qalandı,
Leyli Qeys deyib dağı dolandı.
Sallanma naz ilə öldüm, amandı!
Çəkilib sinəmə mil gəldi getdi.
Geyinib əndama zərli koftanı,
Sənsən bu yerlərin sultanı, xanı.
Əlinin söhbəti, dini, imanı,
Tökülmüş gərdana tel, gəldi getdi.
Mənbə
redaktə- Araz Yaquboğlu, Daşkənd aşıqları və şairləri, Bakı, "Nurlan", 2008. səh.63