Getmiş
Getmiş Müəllif: Ərzurumlu Əmrah |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Ağalar qürbətdən geldim,
Gəldim ki, nazənin getmiş.
Bir daha saz almam elə,
Sallanıb gəzənim getmiş.
Aynasın verin dizinə,
Sürmeler çəksin gözünə.
Siyah züliün mah üzüne,
Darayıb düzənim getmiş.
Içmişem əzəl şərabı,
Yenə qovuşdur Ya Rəbbi.
Dəstində eşqin kitabi,
Oxuyub yazamm getmiş.
Bir daha içmənəm badə,
Sirrimi vermənəm yade.
Uçdu gözəl, qaldı yade,
Göllerde gəzənim getmiş.
Əmraham, mən de vanrsam,
Düşmandan hayıf alırsam,
Vədəm yetər mən ölürsəm,
Qəbrimi qazanun getmiş.