Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş

Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş
Müəllif: Məhəmməd Füzuli
Mənbə: Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2005. s.164.

Hübabi-əşki-xunin cismimi eldən nihan etmiş,
Qəmi-eşqin məni-rüsvayi binamü nişan etmiş.

Götürmüş xakdən tüğyani-əşkim xarü xaşaki,
Başım üzrə məlamət quşlariçün aşiyan etmiş.

Büküb möhnət yükündən qəddimi, çıxmış tənimdən can,
Təvafi-kuyin etmək qəsdinə teyyi-məkan etmiş.

Səninlə də’viyi-hüsn etdigiçün mülki-hüsn içrə,
Fələk tə’zir edib Leylini rüsvayi-cəhan etmiş.

Məgər tərkibi-Isa xaki-kuyi-dərgəhindəndir
Ki, durmuş xakdən qədrilə əzmi-asiman etmiş.

Gəzən peykanlarındır təndə, ya can bağinə eşqin
Bəla sərçeşməsindən hər tərəf sular rəvan etmiş.

Füzulidən mizacın münhərif gördüm bu gün yarın,
Məgər fürsət bulub bir şəmmə halından bəyan etmiş?