Hüseyn Kəmal deyir ki ("Tə’nü təhqirə təhəmmül edərəm mən, lakin")
Hüseyn Kəmal deyir ki ("Tə’nü təhqirə təhəmmül edərəm mən, lakin") Müəllif: Mirzə Ələkbər Sabir |
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 302. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04. |
Tə’nü təhqirə təhəmmül edərəm mən, lakin
Tə’n edən zati-firumayədə vicdan olsa;
Nə gözəldir bu sözü şairi-osmaninin:
"Tə’n edən dinimizə bari müsəlman olsa".