Hüseynqulu xanın Aleksey Yermolova məktubu

Hüseynqulu xanın Aleksey Yermolova məktubu
Müəllif: Hüseynqulu xan Sərdar
Mənbə:
  • Письмо Хусейн хана к ген Ермолову, АКАК., т. VI, ч. 1, д.1370, стр.891.
  • Elçin Teymur oğlu Qarayev. "Azərbaycanın İrəvan bölgəsinin tarixindən(XVII yüzilliyin sonu–XIX yüzilliyin ortalarında)". – Bakı: Mütərcim, 2016. səh.202.

Hər şeydən əvvəl, Rusiya hökumətinin mühəndisləri göstərirlər ki, guya Göyçə gölünün şərq sahilləri Gəncə və Qarabağ xanlıqlarının sərhədindədir. Bilməlisiniz ki, Dərələyəzdən Eşşəkmeydana qədər ərazi, həmçinin İrəvan sərhəddi sülh müqaviləsində Gəncə və Qarabağ xanlıqları ilə qarışdırılıb. Lakin əldə olunan sənədlərdə (qəbalə), həmçinin əvvəlki şahların fərman və əmrlərinə görə, Göyçənin ətrafında yerləşən torpaqlar İrəvan ağaları tərəfindən alınıb-satılırdı. Vəziyyət belədir və siz göstərirsiniz ki, guya Göyçə və Abaran sərhədinə heç bir iddianız yoxdur, Mehri və Qapanı əldə etmək istəyirsiniz. Bu məqsədlə siz bəylərbəyi Fətəli xana elan etmisiniz ki, «əgər Abbas Mirzə Göyçənin şərq tərəfini bizə güzəştə gedərsə, biz də Mehri və Qapandan imtina edəcəyik». Bu məsələ həll edilməmiş qaldı. Fətəli xan ikinci dəfə sizin yanınızda olanda danışıqlarda Şeytanağacdan Gədikbarata qədər ərazini tələb etməklə, Gil ərazisinin bir hissəsini güzəşt edərək burada siz məntəqə yaratmaq istəyirsiniz.