Həlhələ verin gəlinə
Həlhələ verin gəlinə Müəllif: Şifahi xalq ədəbiyyatı |
Həlhələ verin gəlinə,
Dəstə gül verin əlinə.
Altun kəmər bağlasın
Gəlin incə belinə.
Hələy təpmə toz olar,
Mavi şalvar boz olar.
Əgil yaylığın qaldır,
Mən qaldırsam söz olar.
Həlhələ verin gəlinə,
Dəstə gül verin əlinə.
O yarın özünə qurban
Şirin sözünə qurban,
Boyaqçıda bəzənib,
Ala gözünə qurban.
Həlhələ verin gəlinə,
Dəstə gül berin əlinə.
Bağçalarda saz olur,
Gül açılır, yaz olur.
Mən yarıma gül deməm,
Gülün ömrü az olur.
Həlhələ verin gəlinə,
Dəstə gül verin əlinə.
Altun kəmər bağlasın,
Gəlin incə belinə.