Həm qəribəm, həm dərvişəm, həm aşıq

Həm qəribəm, həm dərvişəm, həm aşıq
Müəllif: Aşıq Qərib Hasan
Mənbə: Tacir Səmimi, "Ağbaba aşıq mühiti", Bakı: "Elm və təhsil", 2014.

  
Ömrü boyu yollardayam, düzdəyəm,
Ev-eşik yox səhradayam, düzdəyəm.
Gərəkdir ki, hara gəldi söz deyəm,
Həm qəribəm, həm dərvişəm, həm aşıq.