Həqdən bana nəzər oldı, Həqq qapusın açar oldum
Həqdən bana nəzər oldı, Həqq qapusın açar oldum Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Həqdən bana nəzər oldı, Həqq qapusın açar oldum,
Girdüm Həqqün xeznesine, dürrü göhər saçar oldum.
Dövlət tacı başa qondı, eşq qədəhi bana sundı,
Camım içdi, eşqdən qandı, qarayı aqdan seçər oldum.
Əsritdi eşqə düşürdi, bən xam idüm, eşq bişürdi,
Əqlümi başa devşürdi, xeyri şərdən seçər oldum.
Xeyrə döndi bənüm işüm, əndişədən azad başum,
Nəfsümün başını kəsdüm, qanadlanub uçar oldum.
Köçənlər mənzilə yetdi, vardı anda qərar etdi,
ömür keçdi, qövl yetdi, gö(y)nüldim uş keçər oldum.
Miskin Yunus bilişəli, canü könül verişəli,
Tapduğuma irişəli gİzlü razum açar oldum.