Həqiqət nəşəsindən məst olan meykeş, xumar olmaz

Həqiqət nəşəsindən məst olan meykeş, xumar olmaz
Müəllif: Məhəmməd Xəlifə Aciz
Mənbə: Məhəmməd Xəlifə Aciz. Cənubi Azərbaycan Ədəbiyatı Antologiyası (az.). Bakı: "Azərbaycan". 1980. 1881-06-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 1980-10-05.

Həqiqət nəş'əsindən məst olan meykeş, xumar olmaz.
Ölçüncə məst olar,kefdən ayılmaz, hüşiyar olmaz.

Şərabın nəş'əsindən mə'niyi-əsrari-həq bilməz.
O meykeş kimsə ki, məsti-şərabi-məst-yar olmaz.

Ənəlhəq mə'niyi-aləmdə bu məni imiş əlhəqq.
Ki, Mənsur tək səri-dar olmayanlar paydar olmaz.

Qaləndərlikdə namus istəyənlər naqaləndərlərdir.
Qaləndərlik laübalidir, qaləndərlərdə ar olmaz.

İlahi, əgər cəhənnəmdə yaransam; inciməm Vallah,
Məni bu yandırır: Mehbarələrdə etibar olmaz.