Həqiqəti görən gözlər, Gözəl, bəlalıdır

Həqiqəti görən gözlər, Gözəl, bəlalıdır (1993)
Müəllif: RAUF CAVAD

Yaxşı şəxsin əməli, baxışı mənalıdır!
Atdığı addım, ismi tək, Göyçək xəyalıdır!

Həyatın anlamı yaxşı-pisi ayırmaqdır!
Həqiqəti görən gözlər, Gözəl, bəlalıdır!

Əzəldən atalar, ad verərdi igidlərə!
Adına layiq olan kəs, hünər fəalıdır!
 
Hər isim də vardır yaxşı-pis mürəkkəb məna!
Məna daşıyan insan, gör necə bəqalıdır!

Ağırdır yükü həyatda mənalı insanın!
Əlini verər kimsəsizə! Yar, yaralıdır!
 
Acıdır həqiqət, əzabı çoxdur dünyanın!
Gör nə qədər yetim-fəqir var, dərd şüalıdır!

Gərək insan ola hər kəsə vicdanlı dayaq!
Göstərə sevgi! Həyat o Zaman nidalıdır!

Yardım edən bəşərə olar hər anı oyaq!
Baxar ümidlə həyata! İnsan dualıdır!

Mərhəmətli, mehriban İnsan böyük qüvvədir!
Aləmə Nemət, qəlblərə Sahib şəfalıdır!

O kəs ki, göstərər canlıya şəfqət, Raufdur!
Dili Şirindir, sözləri şəkər, səfalıdır!