Həqq cahana tolıdur, kimsələr Həqqi bilməz

Həqq cahana tolıdur, kimsələr Həqqi bilməz
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə, Əsərləri. Bakı: Öndər, 2004. (Tərtib edəni: Cəlal Bəydilli (Məmmədov))

  
Həqq cahana tolıdur, kimsələr Həqqi bilməz,
Anı sen səndən istə, o səndən ayru olmaz.

Dünyaye inanursın, rizqə bənümdür dersin,
Neçün yalan söylersin, çün sen dedügün olmaz.

Axrət yavlaq ıraqdur, toğrulıq key yaraqdur,
Ayrulıq sarb feraqdur, hiç varan geru gəlməz.

Dünyayə gələn köçər, bir-bir şərbətin içər,
Bu bir köpridür keçər, cahillər anı bilməz.

Gəlün tanışıq edəlüm, işün qolayın tutalum,
Sevelüm seviləlüm, dünyayə kimsə qalmaz,

Yunus, sözin anlarsan, mə’nisini dinlərsən,
Sana eyü dirlik gərək, bunda kimsənə qalmaz.