Hər gün gözləyir yarı, can, eşqindi qibləgahım
Hər gün gözləyir yarı, can, eşqindi qibləgahım (1996) Müəllif: RAUF CAVAD |
Dil susub dərd edir, səs salır qəlb dodaqlara, hım,
Yandı bağrım, eşq alovlandı günü-gündən ahım.
Ahuzar olub ruhi-cismi, dəli mülkü eşqin,
Gəlməzmi yar sorağıma, nədi mənim günahım?
Könlümün xoş sözlərinə bilsən ehtiyacı var,
Əsirgəməzsən üzünü məndən, zülfi siyahım.
Etmisən məni dəli, qara zülfündə telinə,
Əgər görməzsəm yar üzünü, yanar eşq seyrgahım.
Sənin bir baxışın oxşayar qəlbimi, gözəlim,
Ümid ver nə olar, yar, əl tut xeyirxah salahım.
Yaralanıb ürəyim, çatdayır ağrı-acıdan,
Ayrılığa dözmür ürəyim, gəl ümid-pənahım.
Həsrət qarə geyib paltarını, dərdi qırmızı,
Hər gün gözləyir yarı, can, eşqindi qibləgahım.
Gəlsən kaş əgər, həyat xoş gülər Rauf üzünə,
Dönər-dolaşar sevincim, sevgili səcdəgahım!