Hər kimə kim dərvişlik bağışlana

Hər kimə kim dərvişlik bağışlana
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə (2004). Əsərləri (az). "Öndər". ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib. 2017-05-25 tarixində istifadə olunub.

Hər kimə kim dərvişlik bağışlana,
Qaibi gedə, pak ola gümüşlənə.

Nəfəsindən misk ilə ənbər dütə,
Budağımdan elü şər yemişlənə.

Yaprağı həm dərtliyə dərman ola,
Kölgəsində çoq xeyirlər işlənə.

Aşiqün gözi yaşı həm göl ola,
Ayağundan saz bitüb qamışlana.

Cümlə şair dost bağçası bülbüli,
Yunus Əmrə arada durraclana.