Hər qancaru dönər İsəm, eşq ilədür işüm bənüm

Hər qancaru dönər İsəm, eşq ilədür işüm bənüm
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Hər qancaru dönər İsəm, eşq ilədür işüm bənüm,
Oldur könlümdə təşvişüm, həm eşqdür yoldaşum bənüm.

Eşqsüzləre göynər özüm, anunçün faş olur razum,
Göricəgjz aşiqləri qaynar içüm-taşum bənüm.

Bu eşq bizə rəhmanİdür, həm cammuzun canıdur,
Anım İçün şeytan ilə hər dəm bu savaşum bənüm.

Bənüm canum bir quşdur kim, gövdəm anıin qəfəsidür,
Dostdan xəbər gəlicəgiz bir gün uçar quşum bənüm.

Geldüm dünyayı seyr etdüm, ya bu gün, ya yarın getdüm.
Bən bunda əglənəməzəm, bunda bitməz işüm bənüm.

Yunus aydur, bən aşiqəm, həm aşiqəm, həm sadiqəm,
Bu ayruq aşiqlər kibi yoqdur arayişüm bənüm.