Hər təbibə söylədim dərdim, dəvasın görmədim

Hər təbibə söylədim dərdim, dəvasın görmədim
Müəllif: Nişat Şirvani
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Hər təbibə söylədim dərdim, dəvasın görmədim,
Möhnətü dərdü qəmin heç intəhasm görmədim.
Bu cəhanın bir həqiqi aşinasın görmədim,
Hər kimin çəkdim cəfasın, bir vefasın görmədim.

Cövrünü çəkdim əbəs hər nakəsü bədtinətin,
Payimalı oldum axır gərdişi-kəmfıirsətin,
Həm rəfiqü həmdəmin, yann, həmi həmsöhbətin,
Hər kimin çəkdim cəfasın, bir vefasın görmədim.

Verdi hər dəm könlümü tufana çeşmi-püməmim,
Əskik olmaqdan, menim gündən - güne artır qəmim,
Olmadı dünyada hergiz bir müvafiq həmdəmim,
Hər kimin çəkdim cefasın, bir vefasın görmədim.

Bəxt isə dönmüş, egər iqbal ise olmuş yaman,
Möhnətü qəm çekmək ilen öldüm axır mən, aman,
Qövmü, qardaşı, rəfiqi bir-bir etdim imtahan
Hər kimin çəkdim cefasın, bir vefasın görmədim.

Ey Nişat, oldum qemi-hicr ilə sərgerdan, haray,
Dönmədi reyimlə hərgiz gərdişi-dövran, haray,
Ya Əmirilmöminin, Heydər, şahi-mərdan, haray
Hər kimin çəkdim cefasm, bir vəfasın görmədim.