Hər yerdə dərd, üzlərdə kədər gördüm

Hər yerdə dərd, üzlərdə kədər gördüm! (1994)
Müəllif: RAUF CAVAD

Hər yerdə dərd, üzlərdə kədər gördüm!
Qonmuş sevincə kədər, qəhər gördüm!

Gülmək istərkən gözlərim qan ağlar,
Əğyarın sözün acı zəhər gördüm!

Nə acıdır sevdasız gün yaşamaq,
Sınan qəlbləri sevgi gəzər gördüm!

Sevinc-kədər bir yerdə Ümid gəzər,
Sevən könüllərdə yar, nələr gördüm!

Gecə vaxtı sevişən ulduzları,
Gündüz çağı ağlayan betər gördüm!

Sancılmış ürəyə ox yar əlindən,
Dilbərin dilin şirin-şəkər gördüm!

Yarın eşqi saldı məni divanə,
Bilməm bu nə sevdadır, xətər gördüm!

Tutdu üzün o günə bu gün dedi,
mən Səni qəlbimdə bu səhər gördüm!

Yetmiş iki Gözəlin Dərdbəlasın,
Gözəllik içində şah əsər gördüm!

Yazmış taleini əl tutan qələm,
Bu əsəri aləmi bəzər gördüm!

Açıb kim əgər eşq qapısın sirrin,
O düşüncədə sərxoş nəzər gördüm!

Rauf, kim içibsə ölmün şərabın,
O eşqin yoluna yox bənzər gördüm!
     ...Müəllif:Rauf Cavad