Hər zaman gul yuzunu murği-ravan eylər yad
Hər zaman gul yuzunu murği-ravan eylər yad Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Hər zaman gul yuzunu murği-ravan eylər yad,
Bülbülü bismilu şuridə kimi eylər dad.
Sənin eşqində mən, ey şəkkəru şirin hərəkat,
Caparam dağı, daşı necə capıbdır Fərhad.
Gecələr əşki-qəmə qərq oluram subhə kimi,
Subhlər şamə təki eylərəm ahu fəryad.
Mən necə şad olub meyli-gulustan edim,
Xaneyi-səbrimi hicranın edibdir bərbad.
Eşq oduna o zamandan ki, düşübdür Nəvvab,
Olmayıb bircə zaman möhnəti-qəmdən azad.