Həsrətəm ay ilə-ilə

Həsrətəm ay ilə-ilə
Müəllif: Ağ Aşıq Allahverdi
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.

Leyli-nahar hüsnünə mən,
Həsrətəm ay ilə-ilə.
Şəhdi-şəkər ləbinə mən,
Həsrətəm ay ilə-ilə.

Bu yerlərdə bahar-yazdı,
Yaylaqları söhbət-sazdı,
Demə ki, bu nə avazdı,
Həsrətəm ay ilə-ilə.

Qürbət oldu mənə yağı,
Ürəyimə çəkdi dağı,
Ağ Aşığın cavan çağı,
Həsrətəm ay ilə-ilə.