Həsrətin dərdindən, ey can, bağrım oldu parələr
Həsrətin dərdindən, ey can, bağrım oldu parələr Müəllif: Şah İsmayıl Xətai |
Həsrətin dərdindən, ey can, bağrım oldu parələr,
Suzi-eşqin yürəgimdə hər dəm eylər yarələr.
Yandırub hicran odu könlümü verdi badə gör,
Dutdu əflaki-cəhani geydi gög də qarələr.
Düşdü hüsnin mənzərinə canü dil bu gözlərim,
Çarə yox, naçar olubdur, neyləsin biçarələr.
Tərk edüb qoydum, gedərəm, xanü mani, mülki uş,
Hicrin etdi mən qəribi üştə gör avarələr.
Öldü dərdindən Xətai, bir qədəm rəncidə qıl,
Qəbrinə basgil, eşitgil səd hezaran nalələr