Həyayə hey-hey
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.368

 
Şahinə nə qaynaq çalar qarğalar,
Nəzər sal qadında həyayə, hey-hey.
Qış qəhr etsə yağar dərin, qar qalar,
Yaz gələr, sel axar, həyayə hey-hey.
 
Adı həzar: yekdi, təkdi sinasən,
Ərşi, yeri, xəlq elədi sinasən.
Həzər ilə dəyə səngə sinasən,
Gələr sin içində həyayə hey-hey.
 
Təcnis, təxnis nə kar edər, nə də sər,
Nə alçaqdı, nə alidi, nə də sər.
Əli[1] deyər: nə əyləşər, nə də sər,
Nə qərəz, nə çəkər həyayə hey-hey.

İstinadlar

redaktə
  1. Ağdabanlı Qurban bir çox şeirlərini Əli təxəllüsü ilə qələmə alıb