Hәr sәhәr bad әsәr, arizi-cananә dәyәr
Hər səhər bad əsər, arizi-cananə dəyər Müəllif: Molla Vəli Vidadi |
Hәr sәhәr bad әsәr, arizi-cananә dәyәr,
Toxunar sәrvә gәhi, gah gülüstanә dәyәr.
Şәm gәr yansa, sәvadi-şәb üçün heyf olmaz,
Şölәsi çünki onun arizi-cananә dәyәr.
Olmasa qabil әgәr dәhr, cәfa vermәz ona,
Tәm bilәzzәt olanda necә dәndanә dәyәr.
Söhbәti-nakәsü namәrd hәmin söhbәt imiş,
Tut ki, bir mәrd әtәyin dövlәti-xaqanә dәyәr.
Mәn ki, meydani-bәla içrә sәrim top edәrәm,
Ta düşәr әldәn-әlә axırı çovganә dәyәr.
Nә qәdәr olsa qoca gәrçi Vidadi xәstә,
Yenә Vaqif kimi, әlbәttә, yüz oğlanә dәyәr.