H-C
H-C Müəllif: Əhməd Cavad |
Mənbə: Əhməd Cavad. Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2005 |
Ey axund, ey pişivayi-əhli-im an, bir utan!
Əllərindən dad edir ehkami-Quran, bir utan!
Hansı dinin ohlisən sən, yolmudur göstərdiyin?
Ümmoti mohv eyləyəndo varmı iman, bir utan?
Hansı “Q uran”dır sənə öyrətdi şeytan sirrini?
İşlərinçin qaldı şeytanlar da heyran, bir utan?!
Zati-napakında, yahu, hissi-rəhm an yoxmudur?
Saymadın Allahı, ey Allaha düşman, bir utan!
Saldırıb sən ac köpəklər tək qan içməkdən bütiin
Əllərin qan, dişlərin qan, surətin qan, bir utan!
Geydiyin əmrnamə ağ, amma yazıq, qəlbin qara,
Daşmısan, daşdanmı ruhun, ey müsəlman, bir utan?!
Kor gözün, şil əllərin bir qövmü məhv etməkdədir,
Bax, onun ənqazidir bu ahu əfqan, bir utan!
Çox uzaqlaşdın həqiqətdən, dur, Allah eşqinə,
Ey həqiqət qatilə, ey canlı peykan, bir utan!
Toqi-lənətdən nişanm var, çalış - əz, parçala,
Başqa bir şöhrət qazanmaqçın yox imkan, bir utan!
Milləti sərm əst edən sözlər - о pək müdhiş şərab, -
Həp sənindir, dəhşətindən xamə lərzan, bir utan!
Qara günlər əl götürməz yaxamdan,
Yazmasın mələklər sözümü küfran, -
Yaradılışımdan oldum peşiman!