Haçana kimi
Müəllif: Ağ Aşıq
Mənbə: Qara Namazov (2013). Ozan-aşıq sənətinin tarixi (az). AMEA Folklor İnstitutu. Orijinal mənbədən 2016-04-23 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-11.

Fərraş hüzurunda qolu bağlıyam,
Müxənnət kəndxuda-sinə dağlıyam.
Haqq-ədalət hanı, dərdim ağlıyam,
Dərd bağlıyacam haçana kimi?

Sərdar Söyüntək sitəmkar olmaz,
Zülmündən dünyada kimsənə qalmaz.
Ağ Aşıq dərdini kimsənə bilməz,
Məlhəm arayacam haçana kimi?