Səhər dost zülfünə şanə çəkəndə,
Yayılar aləmə ha bular, bular.
Hər kəs ki, sidqilə murad istiyə,
Əlbəttə, mətləbin ha bular, bular.
Sərrafın dəstində nə danə dedim,
Xalın can quşuna nə danə dedim,
Sirrin dərdin bilməz nadanə dedim,
Anlamaz, başını ha bular, bular.
Bayqu üçün məskən oldu o diyar,
Qəmzən ilə bağrım başın odduyar,
Evdən çıxdı yalın qılınc odu yar,
Bilirəm qanıma ha bular, bular.
Aşığı kəlbin tək kim dərdə saldı?
Könlünün şəbnəmin kim dərdə saldı?
Bu Mücrim Kərimi kim dərdə saldı?
Ah çəkib gözlərin ha bular, bular.