Ha qala-qala
Müəllif: Aşıq Alı
dodaqdəyməz qoşma təcnis
Mənbə: Niftalı Göyçəli. "Göyçə ustadları" (antologiya), I hissə (PDF) (az.). Bakı: "Elm və təhsil". 2017. ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-23.

Yarı yad eyləsən a nazlı canan,
Eynindən iraqda ha qala-qala.
Leyli-nahar həsrətindən nalandı,
Çəkirsən sərini ha qala-qala.

Naqis rast gələndə qala, sarsıyar,
Yar həsrəti canda qala sarsıyar.
Eşqin atəşindən qala sarsıyar,
Eşqə nə çəkirsən ha qala-qala.

Səxalısan az Alını yan, ara,
Kəs arasan at dəryaya, ya nara.
Yanar neylər əzəlindən yanara,
Atəşi atəşə ha qala-qala.