Halal eylə
Müəllif: Ağdabanlı şair Qurban
Mənbə: Ağdabanlı şair Qurban. "Qumrutək ləhcəli, xoşxandı Qurban". Bakı, "Elm və təhsil", 2012. səh.61

 
Ana, billah dura bilməm,
Mən bağrı daş, halal eylə.
Yardan ayrı didələrim,
Tökür qan-yaş, halal eylə.
 
Qəm məni odlandıracaq,
Canımdan usandıracaq.
Axır bir gün yandıracaq,
Məni atəş, halal eylə.
 
Qurbanam, qəm qəddim əyib,
Sinəmə hicran ox dəyib.
Əmi, dayı, dost-müsahib,
Qohum-qardaş, halal eylə.
Göyçə mahalı