Haqq divanı
Müəllif: Dərdli Nəsib
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

 
Mən Əyyubdan dərdliykən,
Gözüm yaşı qurumuş!
Xəyalım Tur dağında,
Mövlam məni sorumuş.

Mələklər süd toplanıb,
Halalım hesablanıb.
Haramım - əzablanıb,
Məzar necə dar imiş.

Dərd Nəsibə tuş gəlib,
Şəmim mənə xoş gəlib.
Göydən min alxış gəlib,
Xudam belə qorumuş!