Haram ət
Müəllif: Molla Cümə
Aşıq rəvayətləri
Mənbə: "Azərbaycan Folkloru Antologiyası. XVIII kitab. Şəki folkloru. III cild" (PDF). AMEA Folklor İnstitutu (az.). folklorinstitutu.com. 2008. 2016-03-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-12.


Dağıstandan Molla Cumanın bir aşıq dostu varmış. Molla Cuma ona ismarış göndərir ki, bir dənə yaxşı qoç göndərsin. Aşıq qoçu göndərir və xahiş edir ki, ətin halalını yeyib, haramını ona qaytarsınlar. Molla Cuma qoyunu kəsdirir, ətini kabab edərək yeyirlər. Dişlərinin dibində qalan əti yığaraq Dağıstanlı aşıqa göndərib deyir ki, al, bu da saa ətin haramı.