Haray-haray (Molla Cümə)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Haray-haray
Müəllif: Molla Cümə
Mənbə: Məhərrəm Qasımlı, Mahmud Allahmanlı. "Aşıq şeirinin poetik biçimləri və çeşidləri" (az.). Elm və təhsil. 2018. İstifadə tarixi: 2020-04-13.


Ya ilahim, sən olasan ayarım, haray - haray,
Yar yanında çünki yoxdur ayarım haray - haray,
Yalovlanıb eşqim üstə çox eylədin haqqı-say,
Yel apardı namusumdan ayarım haray - haray.

Yuxlamadım tifilikən anam çaldı a laylay,
Yandırıbdı hicran mənim cəsədimi a laylay,
Yuma məhşər divanında xalq duranda a laylay
Yarım sənə dad eyləyir ayarım haray - haray.

Yazıq Cuma oxlanıban yandırıbdı yeri, göy,
Yağar leysan, bahar fəsli nəbat eylər yeri göy,
Yüz iyirmi dörd min Nəbi hörmətinə yeri göy
Yaxşı eylə ölən vəqtə ayarım haray-haray.