Hatif deyir ki ("Bəs Şəmaxidə məktəbi-nisvan")

Hatif deyir ki ("Bəs Şəmaxidə məktəbi-nisvan")
Müəllif: Mirzə Ələkbər Sabir
Mənbə: Mirzə Ələkbər Sabir. "Hophopnamə. İki cilddə. I cild" (PDF) (az.). Bakı: Şərq-Qərb. 2004. səh. 81. ISBN 9952-418-26-1. İstifadə tarixi: 2024-07-04.


Bəs Şəmaxidə məktəbi-nisvan
Açacaqdın, buna güman çоx idi...
Müdir əfəndi dеyir ki:
Bəli, оnda müəllimə qızımın
Bakudə çünki məktəbi yоx idi!