Hayasızlıq
Hayasızlıq (21.12.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Haylarda haya yoxdur! Nerdə? Tapa bilməzsən!
Çıxsan da göyə, yoxdur! Yerdə tapa bilməzsən!
İnsan ki satar abrı, xoşdur qazıla qəbri!
Gəl sən sınama səbri – gorda tapa bilməzsən!
Ağı qaradan ayrın! Xeyr ilə bizi doyrun!
Bir zərrəsini xeyrin şərdə tapa bilməzsən!
Hayda quru bir addır, insanlıq ona yaddır!
İstər ona nur daddır – narda tapa bilməzsən!
Namərd toyuna varma, hər işləyi qondarma!
Yağ dadını axtarma şorda, tapa bilməzsən!
Yaddan çıxarıb şükrü, pislikdi tamam fikri,
Çaqqalda olan məkri şirdə tapa bilməzsən!
Teymur, bunu əlbət bil, hər bir anı fürsət bil,
Bu ömrü qənimət bil – bir də tapa bilməzsən!..