Heç də ağlamayın

Heç də ağlamayın
Müəllif: Şifahi xalq ədəbiyyatı
Mənbə: Səadət Hacıyeva. Nanaylı-halaylı dünyam (PDF) (az.). "SkyG". 2017. ISBN 978-9952-440-08-05. İstifadə tarixi: 2017.

Güllübulaqlı Axund İsmayıl Şamda ali dini təhsil görmüş, “Quran”ı və İslam dinini mükəmməl bilən yüksək təhsilli və dünyagörmüş bir şəxsiyyət imiş.
Kənddə məhərrəmlik ayında imamların taziyəsi zamanı avazı gözəl olan, lakin dini və elmi təhsili olmayan Mahmud kişi mərsiyə dedikdə hamı ağlayar, heç kim göz yaşını saxlaya bilməzdi.
Belə taziyə günlərinin birində Axund İsmayıl da mərsiyə demək məcburiyyətində qalır. Nə qədər oxuyursa heç kəsin gözündən bir gilə yaş çıxmır. Hirslənən axund deyir:
– Heç də ağlamayın! Elə bil imamlar mənim əmim oğludu!