Heyrət, ey büt, surətin gördükdə lal eylər məni
(Heyrət ey büt səhifəsindən istiqamətləndirilmişdir)
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni Müəllif: Məhəmməd Füzuli |
Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,
Surəti-halım görən, surət xəyal eylər məni.
Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim,
Sayə tək sevdayi-zülfün payimal eylər məni.
Zəfi-tale, manei-tovfiq olur hər necə kim,
İltifatın arizməndi-visal eylər məni.
Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim,
Arizi sərgəşteyi-fikri-məhal eylər məni.
Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər.
İqdi-zülfün açma kim, aşüftəhal eylər məni.
Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə,
Hər yetən məhvəş əsiri-xəttü-xal eylər məni.
Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim,
Bu fəzilət daxili-əhli-kəmal eylər məni.