Heyranı vəsf etməyə aciz bu söz qana qələm

Heyranı vəsf etməyə aciz bu söz qana qələm! (1998)
Müəllif: RAUF CAVAD

Heyranı vəsf etməyə aciz bu söz qana qələm!
Nə rəngi-surəti-bənzəri yox, anlaya qələm!

Var xoş nəzəri gözəlin məftun eylər görəni,
Gücü çatmaz bu gözəl-xoş sözləri dana qələm!

Həm sevən həm sevilən həm sözə qiymət verən O,
İxtiyarı olmaz verməsə güc söz yaza qələm!

Gərək bula cümlə aləm gizli eşqin qapısın,
Durar boynu bükük Aşiq yar qapısında, qələm!

Gəl Sahib çıx verdiyin əhdə vəfa qıl, bəlkə Yar
Salar eşqin könüllərə, gəlsə imana qələm!

Alıb yazdı bir namə Fərhad Şirinə, söylədi,
Dönüb rəngi qara qələm qırmızı qana qələm!

Hər gün keçirir vəfasız ömrü bikarə Məcnun,
Leyla həsrətinə, bu dərd-qəmə gəl ağla qələm!

Aşiqdi hər kəlmə gözəlin rəngi-surətinə,
Vermiş qüdrətin Rəbbim, mədh edə Canana, qələm!

Nuruna qərq etmiş aləmi Rəbbim, O Gözələ
Afərin olsun! Bu Gözəli Yaradana, qələm!

O surəti görsən əgər ey göz, bənzər Əlifə,
Gözlər ala, başqa bir aləm, qaşlar qara qələm!

Aşiqəm bu nazlı Nigarın hüsnü-camalinə,
Düşüb bu ürək o səbəbdən od-alova, qələm!

Bu qəlbin Sahibi bilir ki, nədi dərdi sözün,
Rauf, dil açar söz yazar eşqin Heyrana qələm!
            ...Müəllif:Rauf Cavad