Hicrətin beş yüz ili dövri-kəmal olmuş yəqin

Hicrətin beş yüz ili dövri-kəmal olmuş yəqin
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Hicrətin beş yüz ili dövri-kəmal olmuş yəqin,
Ondan əvvəl beş yüz il olmuş bizə dövri-məhal.
Xalq bir səslə deyir: Xaqanitək bir şairi,
Doğmamış ilk beş yüz il, adlansa da dövri-kəmal.