Hicrani-yar eylədi halu dilim xərab
Hicrani-yar eylədi halu dilim xərab Müəllif: Mir Möhsün Nəvvab |
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005. |
Hicrani-yar eylədi halu dilim xərab,
Suzi-dərunim etdi cahan əhlini kəbab.
Könlüm quşunu gör, necə puriztirabdır,
Ol dami-zulfi-ənbərə düşmüş məgər uqab?
Dərdi-fəraqinlə tökər əşk gözlərim,
Mirab nə etdi boylə ki, təqdir edər gulab?
Zahid məni o mahivəş eşqində mən edər,
Pabənd olur o xalu xətti görsə şeyxu şəab.
Et bərkənar zülfünü ol ruyi-mahdan,
Ta infəal eyləyə bir goydə afitab.
Bir qəmzə ilə cilvəgər ol mahvəşlərə,
Ta munfəil olub - deyə, ya "ləyutə"ni turab.
Nəvvabi-zarə eşq yolu munhərif olub,
Nuri-ruxunlə gostər ona bir rahi-səvab.