III Salmanasarın "Qara xatirə daşı" üzərindəki salnaməsi
III Salmanasarın Kalhu[q 1] şəhərində "Qara xatirə daşı" üzərindəki salnaməsi (e.ə. 829) Müəllif: III Salmanasar |
Mənbə: Azərbaycan tarixi üzrə qaynaqlar. Süleyman Əliyarlı. Bakı, 2007. səh. 13. |
Mannalı Udakinin yaşayış məskənlərinə mən yaxınlaşdım. Mannalı Udaki Udaki[q 2] mənim silahımın parıltısından vahiməyə düşdü və öz həyatını xilas etmək üçün özünün hökmdar şəhəri Zirtanı[q 3] qoyub getdi. Mən onu təqib etdim; onun iribuynuzlu heyvanlarını, qoyunlarını, onun saya gəlməyən var-yoxunu mən apardım. Onun şəhərlərini mən viran qoydum, dağıtdım, odda yandırdım.