Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә
Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә Müəllif: Ağa Hacı Molla Tağızadə |
Könül, bu gün ki, müyәssәrdi vәsli-yar sәnә,
Tәqafül etmә, baxar kәc bu ruzigar sәnә.
Könül, vüsalına xürsәndsәn bu gün yarın,
Fәğan o gündәn ola ayrılıq düçar sәnә.
Gedә әlindәn o mәhparә, ayrıla sәndәn,
Verә zәmanә yenә dәrdi-bişümar sәnә.
Fәlәk, mәramım ilә gәrçi varsa dövranın,
Nә sud, yoxdu sәbatın, nә etibar sәnә.
Könül, o mahruxun zülfün eylәmә mәskәn,
Mәhaldır o pәrişan ara qәrar sәnә.
Edib o şux sәni mәst bir nigah ilә,
Saqın, bu nәşә verir aqibәt xumar sәnә.
Fәraq dәrdi ilә vәslindә xövfi-hicran var,
Düş öl qurtar dәxi, Bixud, budur mәdar sәnә.