Könül, cahanda qəmi-hicri-yarə səbr eylə

Könül, cahanda qəmi-hicri-yarə səbr eylə
Müəllif: Ağadadaş Sürəyya
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Könül, cahanda qəmi-hicri-yarə səbr eylə,
Nə qədr vursa sənə yar yarə, səbr eylə.

Vüsali-yarə ki, yoxdur yolun, fəğan etmə,
Kənardan clə, cy dil, nəzarə, səbr eylə.

Mərizi-eşq oluban umma qeyridən dərman,
Ölümdən özgə buna yoxdu çara, səbr eylə.

Əli ürəkdə, gözü yaşlı gəzmə kuyində,
Özünü çək oradan bir kənarə, səbr eylə.

Vüsali-yarə, könül, məhrəm istəsən olasan,
Cəfayə tab, qəmi-ruzigarə səbr eylə.

Şikayət eyləmə çərxi-dəni əlindən heç,
Özün edibsən özün bəxtiqarə, səbr eylə.

Əgər xət aşiqisən, ey xəmidəqədd, səni,
Batırsa nəli-səməndər qübarə, səbr eylə.

Bu qədr etmə, Sürəyya, fəğanü naləvü ah,
Yetərsən axırı bir gün nigarə, səbr eylə.