Könül çün qəsri-şövqündür, ilahi, beyti-qəm qılma
Münacat Müəllif: Şahnigar xanım |
Könül çün qәsri-şövqündür, ilahi, beyti-qәm qılma,
Dәxi ol iştiyaqından cüda bir lәhzә dәm qılma!
Xәyali-şur ilә, şahim, pәrişan etmә dil şәhrin,
Qәdim dәhr içrә ol dәrdü qәmin dәstindә xәm qılma!
Üzü qara qulam bir bu fәnayi-bibәqa içrә,
Rәhima, rәhmini mәndәn inayәt birlә kәm qılma!
Mәhәbbәt dürcünü hifz et dәmadәm mehri-kәndindә,
Rәqibin vermә mәqsudin, әlim bicami-Cәm qılma!
Cahanda dur qıl bizövq olan qәmlәrdәn әmma ol
Qәmi-eşqinlә Rәncurun üzün biәşkü nәm qılma!