Könül (Ömər Xəyyam)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Könül
Müəllif: Ömər Xəyyam


Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş qəlbimdən fəqanə gəldim,
Sənsiz də dünyanın işi keçərmiş Xəyyam,
Sən nə üçün bu dünyaya gəldin.

Həyatın sirrini bilsəydi ürək,
Bilərdi ölümün sirri nə demək,
Bugün sağlığında heç bir şey bilməyən, .
Ölüb getdi sabah nə edəcək.

Bilmirəm Yaradan nə verib mənə,
Cənnətə gedirəm, ya cəhənnəmə,
Burada saz, mey, bir de o gözəl yar, o sənəm,
O nisyə cənnəti Ömər Xəyyam verirəm sənə.

Cənnət cəhənnəmə gedən yox, könül,
Gedib də geriyə dönən yox, könül,
Ümid və qorxumuz o şeydədir ki,
O şeydən bir xəbər verən yox, könül.