Könül (Ümmügülsüm)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Könül (Ümmügülsüm)
Müəllif: Ümmügülsüm
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Dərdli könül, söylə nə ahü-zardır,
Coşğun dəniz kimi üsyan eylərsən.
Gen dünya başına yenə də dardır,
Gizlin eşqləri bəyan eylərsən.
Yenə sığışmırsan bu dar qəfəsə,
Alovlar qatırsan çıxan nəfəsə.
Keçdi xəyahmdan yenə də kimsə
Gözümün yaşını rəvan eylərsən.
Yenə dərd əlindən gəlmisən cana,
Eyləmisən məni dəli-divanə.
Əridi şam kimi can yana-yana
Kəsilir, doğranır, fəğan eylərsən.
Qaranlıqdır sənə hər işıqlı gün,
Yanarsan daima, çıxmaz tütünün.
İnsafa gəl könül, mənə şən görün,
Axan yaşlanmı ümman eylərsən.
7 dekabr 1937, Bayıl həbsxanası